Uzun müddət hesab olunurdu ki, neandertallar beyin quruluşlarının kifayət qədər inkişaf etməməsi səbəbindən təkamül yarışında məğlub olublar.
Bakıvaxtı.az xəbər verir ki, "PNAS" jurnalında dərc olunan yeni tədqiqat bu qənaəti şübhə altına alır.
Alimlər qeyd edirlər ki, neandertallarla "Homo sapiens" arasında kəllə quruluşunda ciddi fərqlər olsa da, bu xüsusiyyətlər əvvəllər düşünüldüyü kimi intellekt üstünlüyünün birbaşa göstəricisi deyil.
Tədqiqatçılar 100 çinli və 100 avropamənşəli amerikalının MRT məlumatlarını müqayisə ediblər. Nəticələr göstərib ki, müasir insanlar arasındakı beyin quruluşu fərqləri bəzi hallarda neandertallarla "Homo sapiens" arasındakı fərqlərdən daha böyükdür.
Alimlərin fikrincə, bu cür fərqlər müasir insanların intellektual qabiliyyətlərinə mane olmursa, deməli, neandertalların anatomik xüsusiyyətləri də onların "daha zəif" olmasına səbəb olmayıb. Tədqiqat göstərir ki, neandertalların yoxa çıxmasının əsas səbəbi intellekt çatışmazlığı deyil, daha çox demoqrafik və mədəni amillər olub./Oxu.Az
Bakı 




