• Bakı C

    0.88 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

"Liverpul" - "Qarabağ" oyunu azarkeş sayına görə üçüncü olub

İDMAN

29 Yanvar 2026 | 14:18

Liverpul - Qarabağ oyunu azarkeş sayına görə üçüncü olub

İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu VIII turda azarkeş sayına görə üçüncü olub.

Bakıvaxtı.az-ın məlumatına görə, "Enfild" stadionunda baş tutan qarşılaşmada 60043 tərəfdar qeydə alınıb.

"Borussiya" (Dortmund, Almaniya) - "İnter" matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81365 tamaşaçı əyləşib.

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64305 fanat olub.

Qeyd edək ki, "Qarabağ" "Liverpul"a altı cavabsız qolla uduzub. Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "köhlən atlar" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.


SON XƏBƏRLƏR