• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Trampdan Putinə: Bir həftə Kiyevə zərbə endirmə!

DÜNYA

29 Yanvar 2026 | 23:01 | Müəllif: Subhan Mahmudov

Trampdan Putinə: Bir həftə Kiyevə zərbə endirmə!

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən şaxtalı hava səbəbindən paytaxt Kiyevə və digər Ukrayna şəhərlərinə hücumları bir həftə dayandırmasını xahiş edib.

Bakıvaxtı.az xəbər verir ki, amerikalı lider bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə deyib.

"Həddindən artıq soyuq hava... Onlar bizimlə eyni vəziyyətdədir. Bu səbəbdən şəxsən prezident Putindən xahiş etdim ki, bu müddət ərzində Kiyevi və digər şəhər-qəsəbələri bir həftə ərzində atəşə tutmasın. Bu, sadəcə soyuq deyil. Bu, qeyri-adi soyuqdur. Orada da rekord dərəcədə soyuq havalar olur", - deyə o bildirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026