• Bakı C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Hücumlar fonunda nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət bəlli oldu

DÜNYA

28 Fevral 2026 | 22:27

Hücumlar fonunda nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət bəlli oldu

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ və İsrailin İrana hücumlarından sonra radioloji təsirlərə dair heç bir dəlil tapmadığını açıqlayıb və nüvə təhlükəsizliyi risklərinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Qeyd edilib ki, BAEA Yaxın Şərqdəki hadisələri yaxından izləyir, region ölkələri ilə daim əlaqədədir və indiyə qədər nüvə təhlükəsizliyinə təhdid göstərə biləcək radioloji təsir qeydə alınmayıb.

Qeyd edək ki, ABŞ və İsrail səhər saatlarında İrana birgə hücuma başlayıb. İsrail Müdafiə Nazirliyi İrana qarşı “qabaqlayıcı zərbə” endirdiyini açıqlayıb, ABŞ Prezidenti Donald Tramp isə “böyük əməliyyat” elan edib.

Hücumlar paytaxt Tehran, eləcə də, İsfahan, Kərəc, Qum, Təbriz, Şiraz, Buşehr, Kirmanşah və İlam şəhərlərini hədəfə alıb.

Həm İsrail, həm də İran hava məkanları bağlanıb, İsraildə fövqəladə vəziyyət elan olunub və sirenlər səsləndirilib. İranın əks-hücumlarından əvvəl İsrail ictimaiyyətinə sığınacaq axtarmaq barədə xəbərdarlıq verilib.

İran ordusu ABŞ və İsrailin hücumlarına cavab olaraq İsrailə onlarla ballistik raket və dronla əks-hücumlar həyata keçirib. Eyni zamanda, İran Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniyadakı ABŞ bazalarını raket zərbələri ilə hədəfə alıb, o cümlədən Bəhreyndəki ABŞ dəniz bazasına da zərbə endirib.


SON XƏBƏRLƏR

28 Fevral 2026