• Bakı 10° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İran yenidən ABŞ və İsrail obyektlərinə zərbələr endirdi 

DÜNYA

30 Mart 2026 | 22:20

İran yenidən ABŞ və İsrail obyektlərinə zərbələr endirdi 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail hərbi personalına və texnikasına qarşı zərbələr endirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH mətbuat xidməti məlumat verib.

İranın dövlət televiziyası bəyanatdan sitat gətirib: "Bu səhər SEPAH Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti dəqiq kəşfiyyat və döyüş əməliyyatları nəticəsində sürətli və dağıdıcı zərbələr endirərək Amerika və İsrailə məxsus dörd komanda məntəqəsini və infrastruktur obyektini məhv ediblər". 

Hədəflər Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşib.

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR