q
  • Bakı C

    7.84 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı

DÜNYA

29 Aprel 2026 | 19:13

Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı

Fransa Xarici İşlər Nazirliyi (XİN) Malidə olan vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda bildirilib.

Fransa XİN bu tövsiyəni aprelin 25-də ölkənin bir sıra bölgələrində baş verən silahlı toqquşmalardan sonra təhlükəsizlik sahəsində qeyri-sabitliyin davam etməsi ilə izah edib. Fransa vətəndaşlarına kommersiya uçuşları ilə ölkədən çıxmaq tövsiyə edilib.

Malidə qalanlara isə nazirlik yaşayış yerlərini tərk etməməyi, qohumları ilə əlaqə saxlamağı və hakimiyyətin məlumatlarını yaxından izləməyi məsləhət görüb. Fövqəladə hallarda Fransa vətəndaşlarına baş konsulluğa müraciət etmələri tapşırılıb.


SON XƏBƏRLƏR