Polşa Prezidenti Karol Navroski jurnalistlərə açıqlamasında baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamışı axmaqlıqda və işini görməməkdə günahlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Polşa dövlət başçısı müdafiə nazirinin 28 mayda "prezident vəzifəsi kainatın mərkəzi deyil" və hökumətin bütün beynəlxalq müqavilələr barədə prezidentə əvvəlcədən məlumat vermək məcburiyyətində olmadığı barədə açıqlamasına münasibət bildirib.
"Cənab Kosinyak-Kamış axmaqlıq etdi və işini görmədi", - deyə Navroski bildirib.
Prezidentlə hökumət arasındakı münaqişənin son mərhələsi 27 mayda Polşa və Böyük Britaniya baş nazirləri Donald Tusk və Kir Starmer tərəfindən imzalanan müdafiə və təhlükəsizlik müqaviləsi ilə başlayıb. Belə ki, mətnlə Navroskinin əvvəlcədən tanış olmadığı bildirilirdi.
Bakı 




