Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə RTV kanalında Ruhi Əliyevanın təqdimatında yayımlanan "Qaranlıqda həqiqət" verilişinin xüsusi buraxılışı təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, verilişdə hüquq elmləri doktoru, professor İlham Rəhimovun fikirlərinə də geniş yer verilib.
O, Sabir Rüstəmxanlının həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, eləcə də şəxsiyyət kimi xarakterindən bəhs edib.
Professor bildirib ki, Sabir Rüstəmxanlı haqqında hər kəs fərqli fikirdədir. Kimisi onu görkəmli yazıçı, kimisi istiqlalçı, digəri demokrat və millətçi kimi tanıyır. Lakin onu yaxından tanıyanların fikrincə, Sabir Rüstəmxanlı hər şeydən əvvəl etibarlı dostdur.
Verilişdə maraqlı xatirələrə də yer verilib. İ.Rəhimov bildirib ki, bolqar yazıçısı Georgi Qaçev 1986-cı ildə Bakıya səfəri zamanı Sabir Rüstəmxanlı ilə tanış olub. Söhbət zamanı Sabir Rüstəmxanlı ondan əvvəlcə Gürcüstan və Ermənistanda olmasının səbəbini soruşub. Georgi Qaçev isə müxtəlif xalqların mədəniyyəti ilə tanış olmaq istədiyini bildirib. Bunun cavabında Sabir Rüstəmxanlı ona bu mövzuda kitab yazmağı tövsiyə edib.
Bakı 




