• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlham Əliyev Abiy Əhməd Əlini təbrik edib

SİYASƏT

28 May 2026 | 11:43 | Müəllif: Zeynəb Rzayeva

İlham Əliyev Abiy Əhməd Əlini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.

Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026