• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

28 may Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü elan edib

    SİYASƏT

    28 May 2026 | 19:28 | Müəllif: Əli Hüseynov

    28 may Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü elan edib

    Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü ilə bağlı 2026-ci il mayın 28 -ni Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

    Bakıvaxtı.az-ın məlumatına görə, bəyannamədə 2026-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 35 il keçdiyi bildirilir.

    “Azərbaycan Demokratik Respublikası uzaqgörən inzibati islahatlar həyata keçirərək etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün tam vətəndaşlıq və siyasi hüquqları təmin etdi. Azərbaycanın Vaşinqtondakı səfirliyi və şəhərin aktiv Azərbaycan icması şəhərimizin mədəni, təhsil və iqtisadi quruluşunun ayrılmaz hissəsidir”,- deyə bəyannamədə qeyd olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026