• Bakı 24° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Moldova XİN: Kişinyov Bakı ilə əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edir

SİYASƏT

28 May 2026 | 10:26

Moldova XİN: Kişinyov Bakı ilə əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edir

Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə maraqlı olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Moldova XİN müvafiq paylaşımı "X" sosial şəbəkəsində dərc edib.

"Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və konstruktiv dialoqu yüksək qiymətləndirir, həmçinin siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə ümid edir", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

27 May 2026