• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Həftəsonu ən çox şanslı olacaq BÜRCLƏR

CƏMİYYƏT

29 May 2026 | 09:59 | Müəllif: Subhan Mahmudov

Həftəsonu ən çox şanslı olacaq BÜRCLƏR

Astroloqlar həftəsonu bəzi bürclərin daha uğurlu və şanslı olacağını açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə sevgi, maliyyə və şəxsi münasibətlər sahəsində bir neçə bürc üçün müsbət dəyişikliklər gözlənilir.

Ən şanslı bürclər sırasında Qoç bürcü yer alır. Astroloqlar bildirirlər ki, Qoçlar həftəsonu enerjili və uğurlu olacaqlar. Yeni tanışlıqlar və gözlənilməz xoş xəbərlər mümkündür.

Tərəzi bürcü nümayəndələri üçün də uğurlu günlərin olacağı qeyd edilir. Xüsusilə şəxsi münasibətlərdə müsbət inkişaf və uzun müddətdir gözlənilən söhbətlərin baş tutacağı bildirilir.

Həftəsonunun ən şanslı bürclərindən biri də Oxatan bürcü hesab olunur. Onların həm maddi, həm də sosial baxımdan uğurlu qərarlar verəcəyi vurğulanır.

Balıq bürcü üçün isə romantik və duyğusal anların ön planda olacağı deyilir. Astroloqlar Balıqların həftəsonunu sevdikləri insanlarla xoş keçirəcəyini proqnozlaşdırırlar.

Mütəxəssislər bildirirlər ki, bu günlərdə pozitiv düşünmək və yeni imkanlara açıq olmaq şansı daha da artıracaq./Milli.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026