• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bu futbolçudan 8 milyon avro tələb olunur

İDMAN

29 May 2026 | 18:29

Bu futbolçudan 8 milyon avro tələb olunur

Niderland prokurorluğu Rusiyanın "Spartak" futbol klubunun keçmiş hücumçusu Kvinsi Promesdən narkotik qaçaqmalçılığı işi üzrə 8 milyon avro müsadirə edilməsini tələb edir.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, prokurorluq əmindir ki, "qırmızı-ağlar"ın keçmiş vingeri kokain satışından ən azı 8 milyon avro qazanıb və buna görə də məbləği geri qaytarmalıdır.

Xatırladaq ki, Niderlandda Promes iki cinayət işi üzrə ümumilikdə 7.5 il müddətinə həbs cəzasına məhkum edilib. Futbolçu ilk 18 aylıq həbs cəzasını 2023-cü ilin yayında alıb. O, qohumuna bıçaqla hücum etməkdə təqsirli bilinib. İkinci cinayət işi qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə bağlıdır. 2024-cü ilin fevral ayında Promes altı il müddətinə həbs cəzasına məhkum edilib.


SON XƏBƏRLƏR

28 May 2026