• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Konate "Liverpul"dan gedir

İDMAN

29 May 2026 | 11:07

Konate Liverpuldan gedir

İbrahima Konate “Liverpul”dan ayrılmağa yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə klubu müdafiəçi ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyib. Bu səbəbdən fransalı futbolçu yayda azad agnet kimi komandadan ayrılacaq.

Konatenin adı ilin əvvəlindən bəri Avropanın bir sıra klubları ilə çəkilir, lakin hələlik növbəti transferi ilə bağlı qərar verməyib.

Qeyd edək ki, Konate 2021-ci ildən “Liverpul”da çıxış edir. O, başa çatan mövsümdə Premyer Liqada 36 oyunda meydana çıxıb və 1 qol vurub.


SON XƏBƏRLƏR

28 May 2026