• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Rusiyanın Rumıniyadakı bir konsulluğu bağlanacaq

DÜNYA

29 May 2026 | 16:31

Rusiyanın Rumıniyadakı bir konsulluğu bağlanacaq

Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, oradakı konsul da “arzuolunmaz şəxs” elan edilib.

Bildirlib ki, qərar diplomatik qaydaların pozulması ilə əlaqədar qəbul olunub. Diplomata ölkəni tərk etməsi üçün müddət verildiyi qeyd olunub.

Yerli mediada yayılan məlumatlara görə, qərardan sonra Rusiyanın Rumıniyadakı konsulluqlarından birinin fəaliyyətinin dayandırılacağı bildirilir.

Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına PUA-nın çırpılmasından sonra münasibətlərdə gərginlik pik həddə çatıb.

Rumıniya Prezidenti Nikuşor Dan Rusiyaya qarşı sərt bəyanatlarla çıxış edib.


SON XƏBƏRLƏR

28 May 2026