Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı hesab olunan “Qızıl top”un (Ballon d'Or) bu il keçiriləcək təqdimat mərasiminin vaxtı və məkanı müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, möhtəşəm tədbir bu il oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda baş tutacaq.
Builki mərasim həm də tarixi əhəmiyyət kəsb edir. Belə ki, “Qızıl top” mükafatı bu il özünün 70 illik yubileyini qeyd edəcək. Futbol tarixində ilk dəfə 1956-cı ildə təsis edilən bu mükafatın ilk sahibi əfsanəvi ingilis futbolçu Stenli Mettyus olub. Yubiley tədbirinin məhz futbolun vətəni sayılan İngiltərədə keçirilməsi də rəmzi xarakter daşıyır.
Xatırladaq ki, ötən il – 2025-ci ildə bu ali titula Fransa millisinin və PSJ-nin ulduz futbolçusu Osman Dembele sahib çıxmışdı.
Bakı 




