Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Fransa Liqa 1 klubuna başçılıq edəcək.
Bakıvaxtı.az xəbər verir ki, "Lill" italyan mütəxəssislə müqavilə barədə razılığa gəlib.
Kiçik Ançelotti Klubda müqaviləsini yeniləmək istəməyən fransalı Bruno Jenezionu əvəz edəcək.
Daha əvvəl Davide Ançelotti PSJ, "Bavariya", "Napoli", "Everton", "Real Madrid" və Braziliya millisində məşqçi assistenti kimi çalışıb.
İtaliyalının karyerasındakı yeganə baş məşqçilik təcrübəsi isə 2025-ci ilin iyulundan dekabrına qədər rəhbərlik etdiyi Braziliyanın "Botafoqo" klubunda olub./Oxu.az
Bakı 




