Yaponiyada son 5 ildə əhali sayı 3,09 milyon nəfər azalıb ki, bu da ölkədə statistika aparıldığı dövrdən bəri ən böyük göstərici hesab olunur.
Bakıvaxtı.az xəbər verir ki, Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyinin açıqladığı siyahıyaalmanın nəticələrinə görə, 2025-ci il oktyabrın 1-nə ölkə əhalisi 123 milyon 49 min 524 nəfər təşkil edib.
Bu, 2020-ci illə müqayisədə 2,5 faiz azalma deməkdir.
Əhali sayında azalma artıq üçüncü siyahıyaalma dövrüdür ki, ardıcıl qeydə alınır. Nazirlik bunu əsasən doğum səviyyəsinin aşağı düşməsi və cəmiyyətin qocalması fonunda ölüm hallarının doğumları üstələməsi ilə izah edir.
47 prefekturadan yalnız ikisində - Tokioda (1,4 faiz) və Okinavada (0,1 faiz) əhali artımı qeydə alınıb. Ən böyük azalma isə Akita (8,1 faiz) və Aomori (7,9 faiz) prefekturalarında müşahidə olunub. /APA
Bakı 




