Rumıniyanın şərqində yerləşən Galați şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, insident zamanı partlayış baş verib və mənzillərdən birində yanğın yaranıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Təhlükəsizlik məqsədilə binadan təxminən 70 sakin təxliyə edilib.
Yanğın qısa müddətdə nəzarətə alınaraq söndürülüb.
Qeyd edək ki, daha əvvəl Rumıniyanın şimal-qərbində partlayıcı yük daşımayan başqa bir pilotsuz uçuş aparatının da aşkarlandığı bildirilmişdi.
Bakı 




