• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Sumqayıtda yük avtomobilləri toqquşdu: yaralılar var

HADİSƏ

29 May 2026 | 17:50

Sumqayıtda yük avtomobilləri toqquşdu: yaralılar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, ATECO və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.


SON XƏBƏRLƏR

28 May 2026