• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Rusiya səfiri Avstriya XİN-ə çağırıldı: Moskvaya etiraz edildi

DÜNYA

29 May 2026 | 18:58

Rusiya səfiri Avstriya XİN-ə çağırıldı: Moskvaya etiraz edildi

Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger Rusiyanın bu ölkədəki səfiri Andrey Qrozovu Xarici İşlər Nazirliyinə çağırıb.

Bakıvaxtı.az Modern.az -a istinadən xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Rusiya tərəfindən atılan addımlar və artan gərginlik fonunda Moskvaya etirazını çatdırmaq üçün səfir XİN-ə dəvət olunub.

“Rusiyanın eskalasiyasına qarşı etirazımızı birmənalı şəkildə bildirmək üçün Rusiyanın Vyanadakı səfirini çağırdım”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, Avstriya tərəfi son günlər Rusiyanın addımlarını regionda təhlükəsizliyə təhdid kimi qiymətləndirir.


SON XƏBƏRLƏR

28 May 2026