• Bakı 10° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Paşinyana yumruq atanların evində axtarış aparılıb

DÜNYA

30 Mart 2026 | 22:09

Paşinyana yumruq atanların evində axtarış aparılıb

İrəvanda Müqəddəs Anna kilsəsində baş nazir Nikol Paşinyanla bağlı baş verən insident ölkədə ciddi rezonans doğurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə əlaqədar saxlanılan şəxslərin sayı artıq üçə çatıb.

Bildirilir ki, saxlanılanlar xuliqanlıqda, eləcə də vəzifəli şəxsin xidməti və siyasi fəaliyyətinə müdaxilədə şübhəli bilinirlər. Onlar müvafiq sənədlərlə birlikdə Ermənistanın İstintaq Komitəsinə təqdim olunublar.

Məlumatlara görə, insident zamanı bəzi şəxslər Paşinyana yaxınlaşaraq onunla fiziki qarşıdurmaya – hətta yumruqlaşmağa cəhd göstəriblər. Təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində vəziyyət nəzarətə götürülüb və daha ağır nəticələrin qarşısı alınıb.

Eyni zamanda, insidentdən sonra saxlanılan əkiz qardaşların evində də axtarış aparılıb. Vəkil Vardui Elbakyanın sözlərinə görə, istintaq orqanları kilsədə baş verənlərin əvvəlcədən planlaşdırıldığına dair sübut axtarıblar.

Lakin vəkil qeyd edib ki, aparılan axtarış zamanı belə bir planı təsdiqləyən heç bir material aşkarlanmayıb. Bu isə hadisənin spontan olub-olmadığı ilə bağlı sualları daha da artırır./Musavat


SON XƏBƏRLƏR