İranın suverenliyini açıq şəkildə pozmaqla yanaşı, dost və qardaş İran xalqının əmin-amanlığına qəsd edən hücumları qınayırıq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Eyni şəkildə, səbəbi nə olursa-olsun, İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarını da qəbuledilməz hesab edirik. Müharibənin daha da böyüməməsi və böyük faciələr yaşanmaması üçün başda İslam dünyası olmaqla, bütün aktorlar təcili şəkildə hərəkətə keçməlidir. Biz Türkiyə olaraq problemlərin həll olunması üçün üzərimizə düşən öhdəlikləri edirik və edəcəyik.
Sərhəd təhlükəsizliyimiz və hava məkanımız baxımından heç bir problemimiz yoxdur. Ən yüksək səviyyədə bütün tədbirləri görürük”, - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran cavab tədbirləri olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alır.
Bakı 




