• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirdə iştirak edəcəklər

İDMAN

29 Yanvar 2026 | 19:20

Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirdə iştirak edəcəklər

31 yanvar - 1 fevral tarixlərində Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Azərbaycan komandası yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.

İdmançılarımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

Kişilər

60 kq : Babarəhim Mirzəyev , Murad Muradlı , Murad Əliyev, Fərid Qarayev 

66 kq : Hüseyn Allahyarov , Yaşar Nəcəfov , Tofiq Məmmədov 

73 kq : Kamran Süleymanov, Əbil Yusubov 

81 kq : Cəsur İbadlı , Mehdi Abbasov 

90 kq : Əli Qazıməmmədov, Zelim Tçkayev 

100 kq : Davud Namazlı , Nihad Şıxəlizadə

100 kq-dan çox : Ramazan Əhmədov, Camal Feyziyev 

Qadınlar:

48 kq : Şəfəq Həmidova, Diana Tçkayeva

52 kq : Könül Əliyeva , Çinarə Sadıqova, Aydan Vəliyeva , Gültac Məmmədəliyeva , Leyla Əliyeva 

57 kq : Ülviyyə Bayramova 

63 kq : Fidan Əlizadə , Nərgiz Hacıyeva

70 kq : Aytac Qardaşxanlı , Südabə Ağayeva 

78 kq : Nərmin Əmirli

78 kq-dan çox : Madina Kaisinova 


SON XƏBƏRLƏR