Moskva Ukrayna üzrə nizamlanma çərçivəsində təhlükəsizlik zəmanətləri ilə bağlı yalnız real təklifləri nəzərdən keçirməyə hazırdır, ictimai bəyanatlara və siyasi oyunlara əsaslanmaq niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyənin TGRT kanalına və “Türkiye” qəzetinə müsahibəsində deyib.
Rusiya XİN rəhbəri xatırladıb ki, təhlükəsizlik zəmanətləri 2022-ci ilin aprelində İstanbulda artıq razılaşdırılmışdı. Həmin razılaşmalar təhlükəsizliyin “kollektiv və bölünməz xarakterini”, o cümlədən həm Rusiya Federasiyasının, həm də Ukraynanın yerləşdiyi bütün regionun təhlükəsizliyini nəzərdə tutur.
Bundan əlavə, diplomat Rusiyanın İran ətrafında gərginliyin azaldılmasına yardım göstərməyə hazır olduğunu bildirib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ən pis ssenarinin qarşısının alınmasına çağırıb və Türkiyə də Rusiya kimi vasitəçi rolunu oynamağa hazırdır. Bu məsələdə, eləcə də bir çox digər mövzuda mövqelərimiz yaxındır”, – deyə nazir vurğulayıb.
Bakı 




