• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu ölkədə qızıldan küçə salınacaq

DÜNYA

29 Yanvar 2026 | 21:51 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə qızıldan küçə salınacaq

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qızıl elementlərindən istifadə edilən küçənin salınması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində küçənin inşasında qızıldan yararlanılacaq. Ancaq qızılın hansı formada və miqyasda tətbiq ediləcəyi hələlik dəqiqləşdirilməyib. Sözügedən küçə Dubayda yerləşən məşhur Qızıl Bazarının yenilənməsi və beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyan "Dubai Gold District" layihəsinə daxildir.

Layihənin reallaşdırılacağı ərazi Dubayın Deyra rayonunda yerləşir. Burada hazırda qızıl və zinət əşyalarının satışı ilə məşğul olan təxminən minə yaxın sahibkar fəaliyyət göstərir. Qızıl küçənin nə vaxt istifadəyə veriləcəyi isə hələ açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026