• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kuboku keçiriləcək

İDMAN

29 Yanvar 2026 | 18:44

Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kuboku keçiriləcək

Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparacaq.

Xatırladaq ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.

 


SON XƏBƏRLƏR