• Bakı C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Ukraynalı bankir İtaliyada ölü halda tapıldı

DÜNYA

30 Yanvar 2026 | 00:34

Ukraynalı bankir İtaliyada ölü halda tapıldı

Ukraynalı iş adamı və maliyyəçi Aleksandr Adariçin meyiti yanvarın 23-də İtaliyanın Milan şəhərinin mərkəzində, Via Nerino küçəsində yerləşən hotel binasının pəncərələrinin altında tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumat Il Giorno nəşrinə istinadən yayılıb. Bildirilib ki, Adariçin qaldığı hotel otağının bir gecəlik qiyməti 300 avro təşkil edib və otaq onun adına deyil, başqa şəxs tərəfindən bron edilib.

Hüquq-mühafizə orqanları otaqda sahibkara məxsus fotoşəkil olan, lakin müxtəlif adlar və vətəndaşlıqlar göstərilən şəxsiyyət sənədləri aşkarlayıblar. Qəzetin yazdığına görə, hadisədən dərhal sonra hoteli iki nəfər tələsik tərk edib. Hazırda meyitin yarılması ilə bağlı ekspertiza prosesi aparılmayıb.

Məlumatda qeyd olunur ki, Aleksandr Adariç Lüksemburqda fəaliyyət göstərən Alfaro Real Estate daşınmaz əmlak şirkətində rəhbər vəzifə daşıyıb, eyni zamanda Barselonada fəaliyyət göstərən Fondazione Casa Ucraina fondu ilə əlaqəli olub.

Xatırladaq ki, o, müxtəlif illərdə Donetsk vilayətində "PrivatBank"ın kredit idarəsinə rəhbərlik edib, "UkrSibbank"ın idarə heyətində çalışıb. Bundan əlavə, 2016-cı ildə müflis elan edilən Evrobanka və "Fidobank"ın sahibi olub.


SON XƏBƏRLƏR

29 Yanvar 2026