• Bakı C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

İran xalqını küçələrə çıxmağa çağırdı - “Kömək gəldi”

DÜNYA

28 Fevral 2026 | 23:23

İran xalqını küçələrə çıxmağa çağırdı - “Kömək gəldi”

İsrail Baş naziri Benyamin Netanyahu iranlıları birləşməyə və İran hakimiyyətinə qarşı ayağa qalxmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, onun videomüraciəti ibrani dilində yayımlanıb.

“Fürsəti əldən verməyin, bu, nəsildə bir dəfə gələn fürsətdir”, - Netanyahu bildirib.

“Tezliklə sizin vaxtınız gələcək. Küçələrə çıxıb həyatınızı zəhərləyən dəhşət rejimini devirmək üçün hərəkət etməyin vaxtıdır”, - o əlavə edib.

O, ingilis dilində də müraciət edərək deyib: “Kömək gəldi”. Baş nazir iranlıları hakimiyyəti devirmək üçün qüvvələrini birləşdirməyə çağırıb.


SON XƏBƏRLƏR

28 Fevral 2026