• Bakı 10° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"ABŞ geri çəkilməyəcək"

DÜNYA

30 Mart 2026 | 23:16

ABŞ geri çəkilməyəcək

ABŞ administrasiyası İrana qarşı başladılan hərbi əməliyyatın dayandırılmayacağını rəsmən bəyan edib. Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun qarşıya qoyduğu hədəflər tam yerinə yetirilənədək əməliyyatların davam edəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, “Epik qəzəb” adlandırılan əməliyyat plan üzrə irəliləyir və ABŞ ordusu hər gün İran üzərində hərbi üstünlüyünü daha da artırır. Livitt qeyd edib ki, hazırkı mərhələdə əməliyyat üçün nəzərdə tutulan müddət 4-6 həftə olaraq qalır və bu çərçivədə bütün əsas hədəflərin vurulması planlaşdırılır.

Ağ Ev rəsmisi eyni zamanda diqqətə çatdırıb ki, prezident Donald Trump İranın enerji infrastrukturuna zərbələrin endirilməsini 10 gün müddətinə təxirə salıb. Bu addımın Tehrana danışıqlar üçün “tarixi fürsət” yaratdığı vurğulanır.

Livitt bildirib ki, İran tərəfi sərt ictimai bəyanatlarına baxmayaraq, pərdəarxası təmasları davam etdirir və danışıqların müəyyən nəticələr verir. Bununla yanaşı, Vaşinqton hərbi təzyiq xəttindən geri çəkilmir və razılaşma əldə olunmayacağı təqdirdə daha sərt addımların atılacağı açıq şəkildə ifadə edilir.


SON XƏBƏRLƏR

30 Mart 2026