• Bakı C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Kallas İrana görə Aİ Xarici İşlər Şurasının iclasını ÇAĞIRIR

DÜNYA

01 Mart 2026 | 00:10

Kallas İrana görə Aİ Xarici İşlər Şurasının iclasını ÇAĞIRIR

Bazar günü İranla bağlı vəziyyəti və Yaxın Şərqdə sürətlə inkişaf edən hadisələri müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının növbədənkənar iclası onlayn formatda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Mən Fars körfəzi ölkələrindəki tərəfdaşlarla danışdım. Biz İranın qonşularına qarşı nəzarətsiz hücumlarını pisləyirik, bu hücumlar regionda daha genişmiqyaslı müharibə riskini yaradır", - paylaşımda deyilir.

Kallas regional münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

"İran öz seçimini etməlidir", - o bildirib.


SON XƏBƏRLƏR

28 Fevral 2026