İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Tehrandakı ofis kompleksi İsrail və ABŞ-nin birgə hava zərbələri nəticəsində tamamilə dağıdılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi “Channel 12” telekanalına məlumat verib.
Mənbənin sözlərinə görə, hücum zamanı Xameneinin həmin binada olub-olmadığı hələlik məlum deyil. İsrail kəşfiyyatı əməliyyat zamanı İranın bütün əsas rəhbər heyətinin hədəf alındığını vurğulayıb.
Eyni zamanda, “Reuters” agentliyi İran rəsmilərinə istinadən bildirib ki, Ali Rəhbər hücumdan əvvəl təhlükəsiz yerə təxliyə edilib. Sosial şəbəkələrdə Tehrandakı ofis kompleksinin yerləşdiyi ərazidən qatı tüstünün yüksəldiyini əks etdirən görüntülər yayılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında başlayan və “Şirin nəriltisi” (Lion's Roar) adlandırılan əməliyyatda ABŞ və İsrail qüvvələri İranın hərbi, hökumət və kəşfiyyat mərkəzlərinə zərbələr endirirlər.
Bakı 




