• Bakı 13° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Günəşdə güclü partlayış baş verib

DÜNYA

30 Mart 2026 | 14:40

Günəşdə güclü partlayış baş verib

Bazar ertəsi səhər saatlarında Günəşdə ən yüksək " X" sinfinə aid partlayış qeydə alınıb. Bu, fevralın əvvəlindən bəri müşahidə olunan belə kateqoriyalı ilk alışmadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Martın 30-da Bakı vaxtı ilə saat 07:19-da 4405 (S25E45) ləkələr qrupunda rentgen diapazonunda 49 dəqiqə davam edən X1.5 sinifli partlayış qeydə alınıb.

Sonuncu dəfə belə güclü partlayış (X4.2) fevralın 4-də 4366 nömrəli aktiv regionda baş vermişdi. Həmin sahə sonradan Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu yeniləmişdi.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Kosmik plazma fizikası şöbəsinin Günəş astronomiyası və heliofiziki cihazqayırma laboratoriyasının müdiri Sergey Boqaçov daha əvvəl TASS-a bildirmişdi ki, ilin sonunadək ən yüksək sinfə aid daha 5-10 partlayışın baş vermə ehtimalı var.

Rentgen şüalanmasının gücündən asılı olaraq, Günəşdəki partlayışlar beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə bu güc 10 dəfə artır. Bir qayda olaraq, alışmalar günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.


SON XƏBƏRLƏR

29 Mart 2026