q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri dayandıra bilər

DÜNYA

29 Aprel 2026 | 14:34

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri dayandıra bilər

Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə cavab olaraq bu qurumla münasibətləri dayandıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Trend"ə məlumat verilib.

İndiyədək onsuz da Avropa Parlamenti ilə təmasları dayandırmış Azərbaycan bu qurumla bütün münasibətlərin kəsilməsi barədə rəsmi qərar qəbul edə bilər və hazırda bu məsələ müzakirə mövzusudur.

Xatırladaq ki, Avropa Parlamentində müzakirəyə çıxarılmış "Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi" adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.


SON XƏBƏRLƏR