q
  • Bakı 10° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Avropa İttifaqı Ukraynaya 6 milyard avro verəcək

DÜNYA

29 Aprel 2026 | 13:25

Avropa İttifaqı Ukraynaya 6 milyard avro verəcək

“Ukrayna ikinci rübün sonuna qədər 90 milyard avroluq kredit çərçivəsində Müdafiə Qüvvələri üçün yerli istehsal dronların alınması üçün 6 milyard avro alacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

“Kredit çərçivəsində ilk müdafiə paketi Ukrayna üçün dronların alınmasına xərclənəcək, dəyəri təxminən 6 milyard avro olacaq”, - o bildirib.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Rusiya təcavüzünü artırarkən, Avropa İttifaqı da Ukraynaya dəstəyini artırır.

Fon der Leyen xatırladıb ki, bu ayın əvvəlində təsdiqlənən 90 milyard avroluq kredit çərçivəsində Aİ bu rübün sonuna qədər 2026-cı il üçün 45 milyard avroluq ilk tranşı ödəyəcək.


SON XƏBƏRLƏR

28 Aprel 2026