• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Bu universitetin qapıları bağlandı - Bu ölkədə

DÜNYA

30 Mart 2026 | 15:34 | Müəllif: Əli Hüseynov

Bu universitetin qapıları bağlandı - Bu ölkədə

Ermənistanda fəaliyyət göstərən Amerika Universitetində (American University of Armenia) gözlənilməz qərar qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, təhlükəsizlik səbəbilə bu gün üçün nəzərdə tutulan dərslər ləğv olunub və tədris prosesi müvəqqəti olaraq onlayn rejimə keçirilib.

Universitet rəhbərliyi bildirib ki, bu addım İranın Qərbi Asiya və Yaxın Şərqdə yerləşən Amerika ali məktəblərinə qarşı mümkün təhdidləri ilə bağlı yayılan məlumatlar fonunda atılıb.

Bununla yanaşı, rəsmi açıqlamada xüsusi olaraq vurğulanıb ki, ali təhsil müəssisəsinə qarşı birbaşa heç bir təhdid daxil olmayıb və real təhlükə ehtimalı yoxdur. Bu səbəbdən də panikaya əsas olmadığı qeyd edilib.

Qərar ehtiyat tədbiri kimi qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026