q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

ABŞ ilə qarşılıqlı əlaqələr aktivləşəcək - Kobaxidze

DÜNYA

29 Aprel 2026 | 15:04

ABŞ ilə qarşılıqlı əlaqələr aktivləşəcək - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın sonuna qədər Tbilisi və Vaşinqton arasında qarşılıqlı əlaqələrin aktivləşdirilməsi planları barədə bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

Baş nazirin sözlərinə görə, mayın sonuna qədər bir sıra istiqamətlər üzrə konkret nəticələr gözlənilir və tərəflər arasında kommunikasiya nəzərəçarpacaq dərəcədə dərinləşəcək.

"Mayın sonuna qədər müəyyən istiqamətlərdə konkret nəticələr görəcəksiniz. Kommunikasiya qurulacaq. Məhz nəyin necə baş verəcəyi barədə təfərrüatları açıqlaya bilmərəm, ancaq görəcəksiniz ki, mayın sonuna qədər Gürcüstan və ABŞ arasında ünsiyyət dərinləşəcək", - o bildirib.


SON XƏBƏRLƏR