• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İran Yaxın Şərqdəki ABŞ bazalarını VURDU - YENİLƏNİB + VİDEO

DÜNYA

28 Fevral 2026 | 16:57 | Müəllif: Subhan Mahmudov

İran Yaxın Şərqdəki ABŞ bazalarını VURDU - YENİLƏNİB + VİDEO

İranın zərbələri nəticəsində ABŞ-nin Qətərdəki RLS-sistemi məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.

"ABŞ-nin Qətərdə yerləşən, ballistik raketlərin izlənilməsi üçün unikal avadanlıqla təchiz edilmiş, 5000 kilometr mənzilli FP132 radarı tamamilə məhv edilib", - məlumatda deyilir.

 

***14:35

İran ordusu Yaxın Şərqdə yerləşən dörd Amerika hərbi bazasına raket zərbələri endirib.

Bakıvaxtı.az  “Fars” agentliyinə istinadən xəbər verir ki, hədəf alınan obyektlər arasında Qətərdəki “Əl-Udeyd”, Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazası, BƏƏ-dəki “Əl-Dəfra” və Küveytdəki “Əl-Salim” hava bazaları var.

Məlumata görə, ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Donanmasının Təmir Mərkəzinə də zərbə endirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı qabaqlayıcı hücum başlatdığını elan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR