ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatların dayandırılması məsələsində əhəmiyyətli irəliləyişin əldə edildiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Truth social" şəbəkəsində yazıb.
"Amerika Birləşmiş Ştatları İranda hərbi əməliyyatlarımızın dayandırılması barədə yeni və daha ağillı rejimlə ciddi danışıqlar aparır. Əhəmiyyətli irəliləyiş əldə edilib", - o yazıb.
Bununla yanaşı, Tramp qeyd edib ki, əgər hər hansı səbəbdən yaxın zamanda razılaşma əldə edilməsə və Hörmüz boğazı "biznes üçün açılmasa", hərbi əməliyyatlar davam etdiriləcək. O, sülh sazişinin pozulacağı halda Xark adasına, neft quyularına və elektrik stansiyalarına zərbələr endiriləcəyi ilə hədələyib.
Bakı 




