BMT Təhlükəsizlik Şurası ABŞ və İsrailin İrana hücumlarından, eləcə də, Tehranın cavab zərbələrindən sonra təcili iclas çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq sessiyada Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
İsrailin dünya qurumundakı nümayəndə heyətinin bildirdiyinə görə, iclas Fransa və Bəhreyn tərəfindən tələb olunub.
Xatırladaq ki, 15 yanvar 2026-cı ildə Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının qərargahında İrandakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilmişdi.
Bakı 




