• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Şamaxıda son iki gün ərzində yeddinci zəlzələ olub - YENİLƏNİB-2

CƏMİYYƏT

28 Fevral 2026 | 09:14

Şamaxıda son iki gün ərzində yeddinci zəlzələ olub - YENİLƏNİB-2

Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.

***
05:02

Şamaxıda yenidən zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,6 olan iki zəlzələ yerli vaxtla saat 02:01 və 03:38-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, hər iki yeraltı təkan Pirqulu stansiyasından 23 km cənub-qərbdə baş verən zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bundan əvvəl fevralın 28-də Şamaxıda rmaqnitudası 3 olan zəlzələ olub. Yerli vaxtla saat 00:36-da qeydə alınan zəlzələ ocağının dərinliyi 8 kilometr olub və hiss edilməyib.

Onu da bildirək ki, fevralın 27-də  ki,  Şamaxı rayonunda üç dəfə zəlzələ olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026