• Bakı C

    12.35 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Martın ilk gününün HAVASI 

CƏMİYYƏT

28 Fevral 2026 | 12:57

Martın ilk gününün HAVASI 

Martın 1-də gözlənilən hava şəraiti açıqlanıb. 

Bakıvaxtı.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10°şaxta, yüksək dağlıq ərazilərdə 10-15°şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


SON XƏBƏRLƏR

27 Fevral 2026