• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ev tikmək istəyənlərin DİQQƏTİNƏ!

CƏMİYYƏT

28 Fevral 2026 | 18:16 | Müəllif: Subhan Mahmudov

Ev tikmək istəyənlərin DİQQƏTİNƏ!

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda təqribən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış sahəsi mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ fərdi yaşayış evlərinin qanunvericiliyə uyğun şəkildə necə tikilməsinin aktuallığını artırır.

Bir çox hallarda vətəndaşlar ev tikintisi zamanı hansı tələblərə riayət edilməli olduğunu bilmirlər. Bəs fərdi ev tikmək üçün hara müraciət olunmalıdır? Bunun üçün icazə tələb edilirmi?

Daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi icazə alınmasına ehtiyac yoxdur. Ölkədə fəaliyyət göstərən layihə və smeta bürolarına müraciət etməklə vətəndaşlar istifadələrində olan torpaq sahəsinə dair sənədləri təqdim edirlər.

"Normativlərə uyğun olaraq evin eskiz layihəsi hazırlanır və aidiyyəti qurumlar tərəfindən təsdiq edildikdən sonra vətəndaş tikinti prosesinə başlaya bilər", - deyə ekspert bildirib. /Baku TV


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026