• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Nəvai ərazisində hərəkət bərpa olunub

CƏMİYYƏT

30 Mart 2026 | 16:20 | Müəllif: Əli Hüseynov

Nəvai ərazisində hərəkət bərpa olunub

Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində hərəkət bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində - paytaxt Bakı istiqamətindəki ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlmişdi:

"Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb və qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026