Kürdəxanı qəsəbəsində yerləşən Elşən Yahyayev küçəsi yağıntılar nəticəsində su basıb.
Bakıvaxtı.az-ın hadisə yerində olan əməkdaşına sakinlər bildiriblər ki, son günlər davam edən intensiv yağışlar və ərazidəki kanalizasiya sisteminin yetərsizliyi səbəbindən küçəyə su yığılıb, hərəkət çətinləşib.
Zərərçəkənlər deyiblər ki, avtomobillərin keçməsi çətinləşib və piyada hərəkəti təhlükəli vəziyyət alıb.
Sakinlər həmçinin bildirirlər ki, bu problem yalnız yağışlı günlərdə deyil, bəzən kanalizasiya sisteminin tıxanması səbəbindən də təkrarlanır.
Sözügedən ərazidən görüntüləri təqdim edirik.
Murad İsmayıl
Bakı 




