q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Ağdərəyə köçən ailələrə ev açarları VERİLDİ

CƏMİYYƏT

29 Aprel 2026 | 14:16

Ağdərəyə köçən ailələrə ev açarları VERİLDİ

Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 22 nəfərdən ibarət 6 ailə qayıdıb.

Bu barədə Bakıvaxtı.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ailələrə mənzillərinin açarları təqdim olunub.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib.


SON XƏBƏRLƏR