q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Bu əlamətlər SİQNALDIR - Allergiyanız ola bilər!

CƏMİYYƏT

29 Aprel 2026 | 15:07

Bu əlamətlər SİQNALDIR - Allergiyanız ola bilər!

Uşaqlarda göz altında yaranan qaralma və rəng dəyişiklikləri bəzi hallarda allergik problemlərlə əlaqəli ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, allergik xəstəliklər zamanı göz ətrafında müəyyən dəyişikliklər müşahidə edilə bilər:

“Bəzi hallarda göz altında qızartı və ya rəng dəyişiklikləri olur. Bu, allergik klinikanın bir hissəsi ola bilər və tibbi ədəbiyyatda allergik əlamət kimi qeyd edilir”.

G.Əliyeva bildirib ki, belə hallarda uşağın allergik meyilliliyi qiymətləndirilməlidir:

“Bu uşaqlar allergik baxımdan mütləq dəyərləndirilməlidir. Xüsusilə şikayətlər mövsümi xarakter daşıyırsa və ilin müəyyən dövrlərində artırsa, bu, allergiyaya işarə edə bilər”.

Pulmonoloq qeyd edib ki, valideynlər bu kimi əlamətləri kiçik problem hesab etməməlidir:

“Mən düşünmürəm ki, bu, xırda əlamətdir. Vaxtında diqqət yetirmək çox önəmlidir. Çünki zaman keçdikcə bu vəziyyət uşağın həyat keyfiyyətinə təsir göstərə bilər”.

Onun sözlərinə görə, allergik problemlər uşağın gündəlik fəaliyyətinə də təsir edir:

“Allergiya uşağın yuxusuna, diqqətinə və hətta öyrənmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Buna görə erkən diaqnostika və düzgün yanaşma vacibdir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR