q
  • Bakı 11° C

    9.98 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Metroda BEŞ GÜN iş rejimi dəyişəcək

CƏMİYYƏT

29 Aprel 2026 | 10:49

Metroda BEŞ GÜN iş rejimi dəyişəcək

Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə uyğun olaraq metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək, pik saatlarda isə intervallar minimuma endiriləcək.

Qurumdan qeyd olunub ki, sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək, eyni zamanda xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.

Həmçinin forum müddətində Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platforma üzərindən koordinasiyalı fəaliyyət həyata keçiriləcək.

Məlumatda o da vurğulanıb ki, tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 Əməliyyat Şirkəti ilə birgə fəaliyyət çərçivəsində ictimaiyyətə açıqlanacaq.


SON XƏBƏRLƏR

28 Aprel 2026