Bakıda səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC hazırlıqlara başlayıb.
Məlumata görə, işləri "Xezer-Construction" MMC həyata keçirəcək. Şirkətə 61,088 milyon manat ödəniləcək.
Bakı 




