• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada yaşayış binalarına hücum: Ölən var

DÜNYA

29 Aprel 2026 | 08:36 | Müəllif: Ayyət Əhməd

Ukraynada yaşayış binalarına hücum: Ölən var

Rusiyanın Ukraynaya zərbələri davam edir.

Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Sumı vilayətinin Şostka şəhərinə zərbələr insan itkisi ilə nəticələnib. 

Yaşayış binalarına edilən hücumdan sonra baş verən yanğınlar nəticəsində 60 yaşlı qadın həyatını itirib.

Bölgənin hərbi administrasiyasının rəhbəri Oleh Hrihorov bildirib ki, qadın karbonmonoksit qazından zəhərlənərək dünyasını dəyişib.

Zərbələr nəticəsində binalara ciddi ziyan dəyib. Hadisə Ukraynanın şimal-şərqində təhlükəsizlik vəziyyətinin hələ də gərgin olaraq qaldığını bir daha göstərir.

Aydın

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026